Azərbaycan və Mərkəzi Asiya iqtisadi inteqrasiyanı genişləndirir
Prezident İlham Əliyevin Astana şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına imkan yaradır. Görüşdə müzakirə olunan məsələləri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, Azərbaycan və Mərkəzi Asiya xalqlarının tarixi qardaşlığı və strateji tərəfdaşlığı geoiqtisadi əməkdaşlığın inkişafına zəmin yaradır. Son dövrlər müşahidə olunan müntəzəm yüksək səviyyəli səfərlər ölkələr arasında əlaqələri daha da möhkəmləndirir.
TDAM rəhbərinin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayaraq regional və qlobal gücünü artırır, nəqliyyat və tranzit qovşağı kimi bölgədə əsas söz sahibinə çevrilir. Nəqliyyat sahəsində həyata keçirilən nəhəng layihələr, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması “Orta Dəhliz”in əhəmiyyətini bir daha vurğulayır.
Vüsalə Cəfərova Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinə də toxunaraq qeyd edib ki, təkcə Azərbaycanla Qazaxıstan arasında 2023-cü ildə ticarət dövriyyəsi təxminən 467 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli bir artım idi. Əsas ixrac məhsulları arasında Qazaxıstanın taxılı və Azərbaycanın nefti yer alır. 2023-cü ildə kənd təsərrüfatı sahəsində Qazaxıstan Azərbaycana 1 milyon tondan çox taxıl ixrac edib ki, bu da əvvəlki ilə nisbətən 20%-lik artım deməkdir. Bu ticarət Azərbaycanın ərzaq təhlükəsizliyi və bazar sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın “SOCAR” və Qazaxıstanın “KazMunayGas” şirkətləri arasında genişləndirilməkdə olan birgə müəssisələr Xəzər dənizi vasitəsilə neft ixracını artırmağı hədəfləyir və enerji təhlükəsizliyinin təminatı baxımından önəm kəsb edir.
Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə həyata keçirilən investisiya layihələri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının yaradılması iri layihələrin reallaşdırılması baxımından təminat rolunu oynayır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə imzalanmış Əməkdaşlıq Memorandumu isə yaşıl enerji sahəsində əlaqələri möhkəmləndirəcək. Mərkəzi Asiya ölkələri ilə hazırda həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi də region üçün böyük əhəmiyyətə malikdir. Bu layihə rəqəmsal infrastrukturun inkişafına, bu sahədə təhlükəsizliyin təmin edilməsinə, iqtisadi inteqrasiya və texnoloji inkişafın təşviqinə yönəlib.
TDAM rəhbəri əlavə edib ki, Prezident İlham Əliyevin Astana səfəri türkdilli dünyanın iqtisadi inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Enerji, nəqliyyat, müdafiə və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq regionun iqtisadi və geosiyasi birliyini gücləndirmək üçün vahid strategiyanı əks etdirir. Bu inteqrasiya türkdilli dövlətlərin qlobal rəqabət qabiliyyətini artırmaq məqsədi ilə güclü iqtisadi blok yaratmağa xidmət edir.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır