Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından birinə çevrilir
Müasir dünyada enerji təhlükəsizliyi dövlətlərin inkişaf strategiyalarının əsas istiqamətlərindən birinə çevrilib. Bu reallıq fonunda Azərbaycan məqsədyönlü enerji siyasəti ilə qlobal sistemdə etibarlı və strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Ölkəmiz uzun illərdir ki, enerji ehtiyatlarının səmərəli idarə olunması, ixrac marşrutlarının şaxələndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminində artan rolunu və bu istiqamətdə həyata keçirilən ardıcıl, məqsədyönlü dövlət siyasətini bir daha təsdiq edir. Bu çıxış həm ölkənin enerji diplomatiyasının əsas prioritetlərini, həm də Azərbaycanın beynəlxalq enerji sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyinin daha da gücləndiyini nümayiş etdirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) baş məsləhətçisi Günay Rəhimli mövzunu şərh edərkən bildirib ki, Azərbaycan uzun illərdir ki, enerji sahəsində səmərəli idarəetmə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və marşrutların şaxələndirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürür. Bu siyasət ölkənin təkcə regional deyil, həm də qlobal enerji təhlükəsizliyində mühüm aktora çevrilməsinə şərait yaradıb. Xüsusilə Avropanın enerji təchizatında Azərbaycanın rolu son illərdə daha da artmış və etibarlı tərəfdaş imici möhkəmlənmişdir.
Ölkədə həyata keçirilən enerji strategiyası ənənəvi enerji resurslarının səmərəli istifadəsi ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirir. Bu yanaşma Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyi məqsədlərinə xidmət etməklə yanaşı, qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə də mühüm töhfə verir.
Qeyd edək ki, Bakı Enerji Həftəsinin qlobal enerji səhnəsində aparıcı tədbirlərdən birinə çevrilməsi ölkəmizin enerji sektorunda qurulmuş etibarlı əməkdaşlıq modeli və yeni enerji təşəbbüslərinin uğurla həyata keçirilməsinin nəticəsidir.
İİTKM-in baş məsləhətçisi vurğulayıb ki, ölkənin ənənəvi enerji sahəsində formalaşdırdığı güclü potensial hazırda yaşıl enerji istiqamətində həyata keçirilən ardıcıl layihələrlə tamamlanır və daha da gücləndirilir. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji resurslarının diversifikasiyası və beynəlxalq tərəfdaşlıqların inkişafı Azərbaycanın enerji sektorunun uzunmüddətli dayanıqlılığını təmin edən əsas strateji istiqamətlərdəndir.
Bu baxımdan Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər ölkəmizin qlobal enerji təhlükəsizliyinin təminində iştirakının yeni mərhələdə davam etdiyini göstərir.
Günay Rəhimli yekunda bildirib ki, Bakı Enerji Həftəsi Azərbaycanın enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətlərində formalaşdırdığı strateji xəttin ardıcıl şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir. Onun sözlərinə görə, bu yanaşma ölkənin qlobal enerji təhlükəsizliyində uzunmüddətli və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir və enerji sektorunun gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib