Tikinti layihələri üzrə vahid koordinasiya mexanizmi icra intizamını və investisiya mühitini gücləndirəcək
Prezident İlham Əliyevin imzaladığı “Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Sərəncam tikinti sahəsində həyata keçirilən islahatların davamı olaraq, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrasında səmərəliliyin, şəffaflığın və hesabatlılığın artırılması baxımından əhəmiyyət daşıyır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov bildirib ki, Baş nazirin müavininin sədrliyi ilə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasının yaradılması tikinti layihələrinin hazırlanması, razılaşdırılması və icazə prosedurlarının həyata keçirilməsində iştirak edən dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək. Onun sözlərinə görə, Komissiyanın tərkibinə nazirliklər, dövlət agentlikləri və kommunal xidmət təminatçılarının rəhbər şəxslərinin daxil edilməsi razılaşdırma mərhələlərində yaranan gecikmələrin operativ həllinə və qurumlararası koordinasiyanın gücləndirilməsinə xidmət edir.
Orxan Sadıqov qeyd edib ki, sözügedən Sərəncamın əsas yeniliklərindən biri dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin bütün prosedur və mərhələlər üzrə icra intizamının, müddətlərə riayət olunmasının və gecikmə səbəblərinin sistemli şəkildə təhlil edilməsidir. Komissiya aidiyyəti qurumlardan hesabatlar əldə etməklə razılaşdırma və icazə müraciətlərinə normativ müddətlərdə baxılmasına nəzarət edəcək, habelə bu sahədə rəqəmsal həllərin və məlumat mübadiləsi mexanizmlərinin tətbiqi imkanlarını araşdıracaq. Bu yanaşma dövlət investisiya layihələrinin vaxtında başa çatdırılmasına və büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə şərait yaradacaq.
İİTKM-in şöbə müdiri əlavə edib ki, Komissiyaya altı ay müddətində inzibati prosedurların sadələşdirilməsi və icra müddətlərinin optimallaşdırılması, özəl sektorun vəsaiti hesabına həyata keçirilən layihələr üçün açıq, şəffaf və rəqabətli mexanizmlərin, o cümlədən rəqəmsal alətlərin tətbiqi, eləcə də smeta-normativ və qiymətqoyma mexanizmlərinin, qiymətqoymanın resurs metodunun təkmilləşdirilməsi üzrə təkliflərinin dövlət başçısına təqdim edilməsi tapşırılıb.
Sərəncamla Komissiyanın dövlət vəsaiti hesabına maliyyələşdirilən layihələrin icra vəziyyətinin təhlilinə dair fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM-ə həvalə edilib. Orxan Sadıqov vurğulayıb ki, bu, islahatların nəticələrinin müstəqil və sübuta əsaslanan qaydada qiymətləndirilməsinə imkan verəcək. Ümumilikdə, yeni koordinasiya mexanizmi tikinti sahəsində icra intizamının, şəffaflığın və nəticəyönümlü idarəetmənin gücləndirilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına şərait yaradacaq.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib