"Zəfər marşrutu: Orta dəhliz və yeni reallıqlar" mövzusunda təqdimat keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Zəfər marşrutu: Orta dəhliz və yeni reallıqlar” mövzusunda tədbir keçirilib.
İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi rəhbərliyi ilə ərsəyə gələn “Orta dəhliz” kitabının təqdimatı olub. Tədbirdə Milli Məclisin deputatları, ictimai xadimlər, universitetin profesor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman şəhidlərimizin igidliyi sayəsində əldə olunan Zəfərin 5 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Zəfərin əldə edilməsindən sonrakı dövrdə ölkəmizin siyasi-iqtisadi sahədə qazandığı nailiyyətlərdən danışıb, Azərbaycanın qlobal arenada yeni reallıqlar yaratdığını, artıq dünyada söz sahibi olan ölkəyə çevrildiyini diqqətə çatdırıb. Rektor “Orta Dəhliz: Cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” adlı kitabın əhəmiyyətindən bəhs edərək, nəqliyyat-tranzit imkanlarının genişləndirilməsinin müasir dövr üçün əhəmiyyətini vurğulayıb.
İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı iştirakçıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, əldə olunan qələbənin iqtisadi əsasları barəda məlumat verib. Professor sosial-iqtisadi inkişafın prioritetlərinə toxunaraq bildirib ki, müasir dünyada dövlətlərin üstünlüklərindən biri çoxtərəfli nəqliyyat-kommunikasiya çıxışlarının olmasıdır. Bu mənada olduqca əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan sistemli, ardıcıl və uğurla reallaşdırılan islahatlarla regionda rolunu daha da möhkəmləndirir. Nəqliyyat-tranzit sahəsində qazanılan uğurlar həm də infrastruktur quruculuğu, koordinasiya, rəqəmsallaşdırma, paralel olaraq, maarifləndirmə, təbliğat və tanıtım fəaliyyəti ilə bağlıdır.
İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu ilə tərəfdaşlığı nəticəsində ərsəyə gələn “Orta dəhliz: mövcud reallıqlar və gələcək perspektivlər” adlı kitabda Azərbaycanın beynəlxalq nəqliyyat marşrutlarında strateji rolu hərtərəfli tədqiq olunub. 10 ölkədən 22 alimin müəllifliyi ilə ingilis dilində çap olunan bu dəyərli nəşrdə Avropa İttifaqı üçün Orta Dəhlizin enerji dəhlizi kimi perspektivləri, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanla əməkdaşlıq imkanları, eləcə də Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya strategiyası kontekstində enerji əlaqələrinin gücləndirilməsi məsələləri xüsusi yer tutur. Vüsal Qasımlı bildirib ki, kitabda Orta Dəhlizin potensial imkanlarının reallaşdırılması üçün regional ticarətin təşviqi, özəl sektorun fəal iştirakı və bütün infrastruktur sahələrinin sinxron inkişafı tövsiyə olunur.
Milli Məclisin deputatları Hikmət Məmmədov, Sahib Alıyev, Gülşən Paşayeva və digər qonaqlar çıxış edərək mövzunun və kitabın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, “Orta dəhliz: mövcud reallıqlar və gələcək perspektivlər” adlı nəşr hələ uzun müddət ali məktəblərlə, elmi tədqiqatlarda tədris vəsaiti və istinad mənbəyi kimi mühüm rol oynayacaq.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib