Vüsal Qasımlı “Orta dəhliz” kitabını Brüsseldə təqdim edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, prof. Vüsal Qasımlı Belçikanın paytaxtı Brüsseldə “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) kitabını təqdim edəcək.
Təqdimat 24 noyabr 2025-ci il tarixində Avropa Asiya Araşdırmaları İnstitutunda (EIAS) “Orta dəhliz” mövzusunda konfransda baş tutacaq. Beynəlxalq konfransda Orta Dəhlizin Şərq və Qərb arasında strateji körpü kimi rolu, inteqrasiya olunmuş nəqliyyat və enerji əlaqələrinin inkişafındakı əhəmiyyəti, innovasiya və yaşıl logistika sahəsində imkanları müzakirə olunacaq. İştirakçılar dəhlizin geosiyasi əhəmiyyəti, beynəlxalq əməkdaşlığın təşviqində rolu, təhsil, elmi tədqiqat və özəl sektorun iştirakı üçün yeni imkanları barədə də məlumat əldə edəcəklər.
İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu ilə tərəfdaşlığı nəticəsində ərsəyə gələn nəşr Orta Dəhlizin həm nəqliyyat-tranzit marşrutu, həm də qlobal iqtisadi və siyasi əməkdaşlıq platforması kimi rolunu əhatə edir. 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika) 22 alim tərəfindən yazılan kitab Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tarqu Mureş Universitet Nəşriyyatı (University Press Târgu Mureş) tərəfindən ingilis dilində çap olunub.
Beynəlxalq əhəmiyyətə malik “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı bundan əvvəl Polşa İqtisadi Forumunda və Budapeştdə Ludovika Dövlət İdarəçiliyi Universitetində təqdim olunub.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib