Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlı Oksford Universitetində keçirilən “Human‑Algorithm Interaction Workshop” (İnsan-alqoritm qarşılıqlı əlaqəsi) tədbirində məruzə ilə çıxış edib. Tədbirdə dünyanın aparıcı universitetlərinin professorları, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində beynəlxalq şirkətlərin nümayəndələri və mentorlar iştirak ediblər.
Vüsal Qasımlı “Dövlət proqramlarının idarə olunmasında süni intellektin tətbiqi” (Azərbaycan nümunəsində) mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda dövlət proqramlarının idarə olunmasında institusional struktur, rəqəmsallaşdırılmış monitorinq və qiymətləndirmə sistemi və bu sahədə İİTKM tərəfindən yaradılan “Layihə idarəetməsi” modulu barədə məlumat verilib. Vüsal Qasımlı insan qərarları ilə alqoritm sistemləri arasındakı dinamik qarşılıqlı əlaqəni dövlət idarəetməsi və institusional kontekstdə şərh edib.
İİTKM-in icraçı direktoru vurğulayıb ki, Azərbaycanda dövlət proqramları sistemli şəkildə hazırlanır, Prezident sərəncamı ilə təsdiq olunur və nəticəyönümlü idarəetmə əsaslı mexanizmlərlə müşayiət edilir. Bu prosesin əsas əlaqələndirici institutu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. O bildirib ki, Mərkəz tərəfindən dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi müasir rəqəmsal metodlarla aparılır, məlumatlar elektron formada toplanır və təhlil olunur. İİTKM tərəfindən yaradılan rəqəmsal portalların funksionallığı, real vaxt rejimində məlumat axını, interaktiv hesabatlar və prosesləri canlı izləmə imkanları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Təqdimatda rəqəmsallaşdırılmış monitorinq sistemləri, “Böyük Qayıdış” və “Azərbaycan 2030” portallarında tətbiq olunan süni intellekt həlləri, “Kiborg və Kentavr” modelləri üzrə strateji yanaşmalar müzakirə olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu sahədə aldığı beynəlxalq mükafatlar və Azərbaycanın rəqəmsal idarəetmə üzrə innovativ liderliyi diqqətə çatdırılıb.
Oksford Universitetinin “Saïd” Biznes Məktəbində üç gün davam edən konfransın məqsədi insan və alqoritmlərin qarşılıqlı təsirini biznes, hökumət və cəmiyyət kontekstində araşdırmaq, etik yanaşmaları, innovasiya və süni intellektin sosial təsirini müzakirə etməkdir.
Tədbirdə Oksford Universitetinin professorları və süni intellekt üzrə dünyanın nüfuzlu tədqiqatçıları, “PwC”, “Colt Technology”, “RAKBANK”, “Durham University” və “TU Munich” kimi qurumların nümayəndələri, aparıcı akademik jurnalların redaktorları çıxış ediblər.
“Human-Algorithm Interaction Workshop 2025” tədbiri süni intellektin sosialyönümlü və məsuliyyətli inkişafını təşviq edən beynəlxalq platformadır. Təşkilatçılar bu təşəbbüsün növbəti illərdə daha geniş miqyasda davam etdiriləcəyini və akademik-texnoloji əməkdaşlığın gücləndiriləcəyini bildiriblər.
Təqdimatla tanış olmaq üçün: https://ereforms.gov.az/files/review/pdf/az/80fcb7348a13a086b0c0d296dfae0c31.pdf






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır