Vüsal Qasımlı Brüsseldə “Orta Dəhliz” kitabını təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, prof. Vüsal Qasımlı Belçikanın paytaxtı Brüsseldə təşkil olunan konfransda “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) kitabını təqdim edib. Avropa Asiya Araşdırmaları İnstitutunda (EIAS) keçirilən konfransda 80-dən artıq alim, akademik dairələr, diplomatik nümayəndəliklər, Avropa İttifaqı institutları, media və beyin mərkəzlərinin əməkdaşları iştirak ediblər. Konfransda Orta Dəhlizin Şərq və Qərb arasında strateji körpü kimi rolu, inteqrasiya olunmuş nəqliyyat və enerji əlaqələrinin inkişafındakı əhəmiyyəti, innovasiya və yaşıl logistika sahəsində imkanları diqqətə çatdırılıb.
Vüsal Qasımlı bildirib ki, “Orta Dəhliz” kitabının yazılması ilə bağlı ideya ilk dəfə 2023-cü ildə Polşa İqtisadi Forumu çərçivəsində irəli sürülüb. İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu ilə tərəfdaşlığı nəticəsində 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika) 22 alim kitabın yazılmasına cəlb edilib. Dərin elmi tədqiqatlar nəticəsində ərsəyə gələn “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tarqu Mureş Universitet Nəşriyyatı (University Press Târgu Mureş) tərəfindən ingilis dilində çap olunub.
Konfransda Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları Baş İdarəsi nəzdində Şərq Qonşuluğu və Türkiyə üzrə Regional Strategiya və İnvestisiya bölməsinin rəhbəri Diana Jablonska, “Transport Management Consultants & Surveyors” şirkətinin sahibi və nəqliyyat idarəetməsi üzrə baş məsləhətçi Erik Van De Sande, “Brüssel Enerji Klubu”nun icraçı direktoru və həmtəsisçisi Marat Terterov çıxış edərək Orta Dəhliz” kitabının beynəlxalq əhəmiyyətini xüsusi vurğulayıblar.
İİTKM-in icraçı direktoru konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Orta Dəhlizin rəqabət qabiliyyətinin artması və layihənin real nəticələr verməsi birbaşa olaraq Azərbaycanın həyata keçirdiyi transmilli nəqliyyat və enerji təşəbbüsləri ilə bağlıdır. Orta Dəhliz yalnız tranzit imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb etmir. O, müxtəlif sahələrdə biznesin inkişafı üçün strateji bir platforma rolunu oynayır. Bu dəhliz vasitəsilə yükdaşımaların sürəti və səmərəliliyi artır, logistika xərcləri azalır, regiondakı ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradılır.
Qeyd edək ki, “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı indiyədək 34-cü Polşa İqtisadi Forumunda, Macarıstanın paytaxtı Budapeştdə Ludovika Dövlət İdarəçiliyi Universitetində və Yaponiyanın Tokio şəhərində keçirilən Asiya Beyin Mərkəzləri Şəbəkəsinin Forumunda təqdim olunub.






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır