“Orta Dəhliz” kitabı Rumıniyada nəşr edildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutunun əməkdaşlığı ilə ərsəyə gələn “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) kitabı Rumıniyada nəşr edilib.
10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika) 22 alim tərəfindən yazılan kitab Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tırqu Mureş Universitet Nəşriyyatı (University Press Târgu Mureş) tərəfindən ingilis dilində çap olunub.
İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitabda Orta Dəhlizin strateji əhəmiyyəti, inkişaf dinamikası və perspektivləri üzrə dərin təhlillər aparılıb. Müəlliflər tərəfindən dəhliz boyunca yerləşən ölkələr üçün iqtisadi təsirlər, daha çevik və səmərəli nəqliyyat idarəetmə strategiyaları, logistika sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqi araşdırılıb, potensialın artırılması üçün müvafiq elmi-konseptual təkliflər verilib.
Kitab səkkiz fəsildən ibarətdir:
- Orta Dəhlizə baxış: ticarət və tranzit infrastrukturu;
- İpək Yolu regionunda enerji geosiyasəti;
- Orta Dəhliz enerji dəhlizi kimi: Avropa İttifaqı üçün perspektivlər və çağırışlar;
- Orta Dəhlizin potensialının reallaşdırılması;
- Xarici ticarətdə milli valyutaların istifadəsi üçün yeni ödəniş və hesablaşma sistemləri: FinteX, DeFi-nin təsirləri və imkanları;
- Orta Dəhliz boyunca ticarət, investisiya, azad iqtisadi zonalar və Yerli KOB-lar üçün bərabər çıxışın təşviqi
- Avrasiyada regional infrastruktur və geosiyasi dəyişikliklər;
- Orta Dəhlizin ali təhsil, tədqiqat və innovasiya layihələrində rolu: əldə olunmuş nəticələr və gələcək üçün strateji yol xəritəsi
“Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı nəqliyyat, logistika və iqtisadiyyat sahələrində çalışan mütəxəssislər, tələbələr, tədqiqatçılar, həmçinin özəl sektor nümayəndələri, investorlar və aidiyyəti dövlət qurumları üçün dəyərli mənbədir.
Kitabın elektron versiyası ilə tanış olmaq üçün: https://ereforms.gov.az/az/publications/39






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır