İİTKM-in şöbə müdiri Budapeştdə “Orta dəhliz” kitabını təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Macarıstanın paytaxtı Budapeştdə Ludovika Dövlət İdarəçiliyi Universitetində yaradılan Ludovika Türk Araşdırmaları Mərkəzinin rəsmi açılış mərasimində iştirak edib.
Yeni mərkəz Macarıstanın Türk dünyası ilə əlaqələrinin inkişafında mühüm rol oynamaqla akademik əməkdaşlığın dərinləşdirilməsinə, strateji dialoqun gücləndirilməsinə və mədəni anlaşmanın təşviqinə xidmət edəcək.
“Enerji, ticarət və nəqliyyat qovşağı” mövzusunda keçirilən paneldə çıxış edən Vüsalə Cəfərova türk dövlətlərinin Avrasiya regionunda əlaqələrin gücləndirilməsində rolunu vurğulayıb.O, İİTKM tərəfindən yeni nəşr olunmuş “Orta Dəhliz” kitabını təqdim edib, Orta Dəhlizin artan əhəmiyyətini, enerji sahəsində əməkdaşlığı və davamlı ticarət inteqrasiyasını türk dünyasının gələcəyini formalaşdıran əsas istiqamətlər kimi vurğulayıb.
Vüsalə Cəfərova həmçinin Türk dünyasının aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib, akademik mübadilə və birgə tədqiqatların gücləndirilməsinə töhfə vermək məqsədilə İİTKM-in “Türk dövlətləri iqtisadiyyatı” kitabını təqdim edib.






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır