“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “Ticarətin maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin və PAŞA Bankın təşkilatçılığı ilə “Ticarətin maliyyələşdirilməsi” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbir çərçivəsində ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invosyların və alış sifarişinin maliyyələşməsi məhsulu və işləmə mexanizmləri, ekspress faktorinq məhsulu, tenderdə qalib olduqdan sonra tələb olunan qarantiyalar (icra, avans, maliyyə vəsaitlərinin saxlama qarantiyası), akkreditivlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və s. haqqında sahibkarlara məlumat verilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Azərbaycanda xarici ticarət subyektlərinin nəzərdə tutulan mexanizmlərdən istifadəsinin daha da genişlənəcəyini vurğulayıb: “Ticarət-maliyyə alətləri dünya ticarət əməliyyatlarında 80%-ə yaxın paya malikdir. İnkişaf etmiş və yeni sənayeləşən ölkələrdə geniş tətbiq edilən, ticarət-maliyyə alətlərinin ölkəmizdə istifadəsi nisbətən azdır. Statistikaya müvafiq olaraq, Azərbaycanda akkreditiv, faktorinq və qarantiya kimi alətlərin geniş yayılmasına ehtiyac vardır. Bu məqamları nəzərə alaraq biz insanlarımızı, ixracatçılarımızı xəbərdar edirik və bununla kifayətlənməyərək, detallı istifadəsi üçün maarifləndirici tədbirlər görürük.”
Seminarda PAŞA Bankın nümayəndələri Nərmin İbadullayeva, Xanım Rüstəmova, Ülviyyə Nəbiyeva, Pərvin Səlimov və Azad Bağırzadə sahibkarlıq subyektlərinə ixrac-idxalı dəstəkləyəcək alətlər haqqında geniş məlumat veriblər.
Azərbaycanın aparıcı şirkətlərinin nümayəndələri, sahibkarlar təşkilatları tədbirdə fəal iştirak edib. Bildirilib ki, PAŞA Bank tərəfindən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracı həyata keçirən sahibkarlara xüsusi güzəştlər tətbiq olunacaq.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib