“Startup School 2” layihəsi Memarlıq və İnşaat Universitetində təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və layihə meneceri Nəzrin Əkbərova ali təhsil müəssisələrində "Startup School 2 - AI for Green Solidarity" layihəsinin tanıtımı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində olublar.
M.Musayeva layihənin məqsədi, ideyaların biznesə çevrilməsi imkanları və ümumiyyətlə innovasiyaların inkişaf trendləri barədə tələbələrə geniş məlumat verib. N.Əkbərova isə "Startup School 2” layihəsinin şərtləri və müraciət qaydaları ilə bağlı təqdimatla çıxış edib.
Bildirilib ki, layihə innovasiya ekosistemində yaradıcı təfəkkürü və yenilikçiliyi inkişaf etdirəcək, bu sektorda rəqabətədavamlı kadrların akademik biliklərlə təmin edilməsində böyük rol oynayacaq, həmçinin ali təhsil müəssisələrində fəaliyyət göstərən innovasiya mərkəzlərinin işinə dəstək olmaqla, daha çox gəncin startap fəaliyyətinə cəlb olunmasına şərait yaradacaq.
Tədbir çərçivəsində innovasiya və startap ekosistemi mövzusunda keçirilmiş sual-cavab mərhələsində xüsusi fəallıq göstərmiş tələbəyə İİTKM-in ABŞ-ın Nevada Universiteti və Bakı Mühəndislik Universiteti ilə birgə hazırladığı “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı təqdim olunub.





Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti