Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi qrupunun iclası keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Qlobal İnnovasiya İndeksində (Qİİ) Elm və Təhsil Nazirliyinin əsas icraçı olduğu alt-indikatorların müzakirə edilməsi məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi qrupunun iclası keçirilib. İclasda Komissiyanın Katibliyi, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, İİTKM və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.
Elm və Təhsil Nazirliyinin məsul olduğu aidiyyəti alt-indikatorların Qİİ 2023-cü il Hesabatındakı mövqeyi, Hesabatın 2022-ci illə müqayisəli təhlili, göstəricilərin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər, eləcə də növbəti Hesabatda ölkənin mövqeyinin daha da irəliləməsi üçün atılacaq addımlar müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda, Qİİ-də yer alan alt-indikatorların və onların metodologiyalarının davamlı olaraq araşdırılmasının vacibliyi vurğulanıb.
İclasda müzakirə edilən müvafiq indikatorlar üzrə bir sıra tədbirlərin “İnsan kapitalı” İşçi qrupunun 2024-cü il üçün hazırlanacaq Fəaliyyət Planı layihəsinə də daxil edilməsi qərara alınıb.









Ekspert yazıları
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab