Azranking.az: “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib.
Onlayn formatda təşkil olunmuş iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, Dövlət Neft Şirkətinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, İqtisadi Zonaların İnkişafı Agentliyinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də bir sıra ictimai birliklərin və məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planının icrasına və qarşıdakı vəzifələrə, görülən tədbirlərin müvafiq reytinq hesabatlarında ölkəmizin qiymətləndirmə prosesində obyektiv dəyərləndirilməsinə öz töhfəsini verəcəyinə dair fikirlərini bölüşüblər.
İclasda işçi qrupunun 2023-cü il üçün Fəaliyyət Planının icrası sahəsində görülmüş işlər barədə hesabatı təqdim edilib, bu sahədə yeni çağırışlara dair müzakirələr aparılıb. Həmçinin, iclas zamanı müvafiq işçi qrup çərçivəsində yaradılmış Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupun fəaliyyətinə dair də məlumat verilib.
Qeyd edək ki, “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planında Qlobal Rəqabətlilik Hesabatı, İqtisadi Azadlıq İndeksi və Qlobal İnnovasiya İndeksi olmaqla 3 mühüm reytinq qiymətləndirməsinə aid 48 tədbir qeyd olunub. Tədbirlərin icrasında 11 dövlət qurumu və təşkilatları iştirak edir.









Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir