“İqtisadi islahatlar” elmi-analitik jurnalının yeni sayı nəşr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının 2023-cü il üçün ikinci sayı nəşr olunub. Jurnalın bu sayında müxtəlif mövzularda 11 məqaləyə yer verilib:
- “Azərbaycan Rəqəmsal Habı: strategiyadan fəaliyyətə”;
- “Azərbaycanın artım diaqnostikası: daha çoxşaxəli və dayanıqlı iqtisadiyyata doğru”;
- “İqtisadi dəhlizlərin inkişafı: iqtisadi artım və regional inteqrasiya drayveri”;
- “Kadr potensialı müəssisədə idarəetmə sisteminin tərkib hissəsi kimi”;
- “Azərbaycan Respublikasında xarici ticarətin gömrük-tarif tənzimlənməsinin iqtisadi təhlükəsizliyin təmin olunmasında rolu”;
- “Elektron ticarət sahəsində yerli fermer və istehsalçılar üçün Türkiyə hökumətinin dəstək proqramlarının tədqiqi”;
- “Turizm və qonaqpərvərlik biznesinin marketinqi və onun idarə edilməsində gələcək tendensiyalar”;
- “Elektromobil gələcəyin nəqliyyat vasitəsi kimi: Azərbaycanda elektrik və hibrid mühərrikli avtomobil parkının müasir vəziyyəti, inkişaf perspektivləri”;
- “Azərbaycanda sənaye müəssisələrinin davamlı iqtisadi inkişafa təsirinin təhlili”;
- “Elektrik enerjisi bazarlarında qiymət formalaşma mexanizmi və ticarətin strukturu”;
- “Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi məsələləri”.
Jurnalın bu sayında qeyd edilən məqalələrlə yanaşı, professor Məhiş Əhmədovun Milli Aviasiya Akademiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşlarının birgə hazırladıqları “Rəqəmsal iqtisadiyyat” dərsliyi barədə qələmə aldıqları məqaləyə də yer verilib.
“İqtisadi islahatlar” elmi-analitik jurnalına dərc edilməsi üçün daxil olan məqalələrin sayında artım dinamikası müşahidə olunur. Jurnalın redaksiya heyəti ilk növbədə onların içərisindən daha çox aktual olanlarını və rəyçilər tərəfindən müsbət qiymətləndirilənlərin dərcinə qərar verir.
“İqtisadi islahatlar” elmi-analitik jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına (iqtisad elmləri üzrə) daxil edilib. Elmi-analitik məqalələrin dərci ödənişsizdir və onlayn qaydada qəbul edilir.
Jurnal ilə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz: https://bitly.ws/SSS4







Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir