“Rəqəmsal iqtisadiyyat” dərsliyi nəşr olundu

“Rəqəmsal iqtisadiyyat” dərsliyi nəşr olundu

Milli Aviasiya Akademiyası ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə hazırladığı “Rəqəmsal iqtisadiyyat” kitabı nəşr olunub.

Ölkəmizdə bu mövzuda ilk fundamental dərslik olan “Rəqəmsal iqtisadiyyat” kitabında rəqəmsallaşmanın iqtisadi inkişafın bütün sahələri üzrə rolu araşdırılıb. Elm və Təhsil Nazirliyinin əmri ilə çap hüququ verilən dərsliyin “Rəqəmsal transformasiyanın əsasları” adlı giriş hissəsində rəqəmsallaşmanın aktual problemlərinə diqqət çəkilir, yeni tendensiyanın iqtisadi ənənələri kökündən dəyişdirdiyi qeyd olunur. Kitabda rəqəmsal transformasiyanın üç istiqamətinə - rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyətə keçiddə ən vacib amilin insanın rəqəmsal hazırlığı olduğu vurğulanır. Dərslikdə mövzular altı fəsildə qruplaşdırılır: rəqəmsallaşma və onun iqtisadi təsirləri, rəqəmsal iqtisadiyyatın infrastrukturu, rəqəmsal iqtisadiyyata sektoral baxış, elektron ticarət və rəqəmsal Azərbaycan.

Bu fəsillərdə rəqəmsallaşma prosesinə ümumi baxış ortaya qoyulur, mövcud yanaşmalara istinadlar edilir, yeni meqatrend kimi rəqəmsal transformasiyaya ətraflı şərh verilir, onun iqtisadi təzahürlərinin ənənəvi iqtisadiyyatdan fərqləri izah olunur, rəqəmsal iqtisadiyyatın infrastrukturuna nəzər salınır, yeni rəqəmsal dövrdə dövlətləri və cəmiyyətləri gözləyən problemlər sadalanır.

“Rəqəmsal iqtisadiyyat” dərsliyinin müəllifləri Vüsal Qasımlı, Məsumə Talıbova, Günay Quliyeva, Ayaz Müseyibov, Fuad Mirzəyev, Ayxan Qədəşov və Gülnarə Əhmədovadır.

Kitabla Azərbaycan dilində https://bit.ly/3Lc5G6u, ingilis dilində isə https://bit.ly/3nd50pw linkləri vasitəsilə tanış olmaq mümkündür. Kitabın video izahı ereforms.gov.az saytında videolar bölümündə (https://bit.ly/4445cbj) yerləşdirilib

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R