İİTKM-in nümayəndəsi BVF-nin beynəlxalq təlim proqramında iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Günay Rəhimli Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Vyana Beynəlxalq İnstitutu və BVF-nin Bacarıqların İnkişafı İnstitutu ilə birgə təşkil olunmuş “DSGE modelləri ilə monetar və fiskal siyasətin təhlili” mövzusunda beynəlxalq təlim proqramında iştirak edib.
Vyana şəhərində keçirilən proqramda Asiya və Avropa ölkələrinin maliyyə və iqtisadiyyat nazirliklərinin, mərkəzi bankların və islahat agentliklərinin nümayəndələri iştirak ediblər. İki həftə davam edən proqram çərçivəsində dinamik stoxastik ümumi tarazlıq (DSGE) modellərinin qurulması və tətbiqi, monetar və fiskal siyasətin makroiqtisadi təsirlərinin təhlili və müxtəlif iqtisadi şokların modelləşdirilməsi istiqamətləri üzrə mühazirə və praktiki sessiyalar keçirilib.
Proqramda iştirak İİTKM-in müasir makroiqtisadi modelləşdirmə alətlərindən istifadə imkanlarının genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və Azərbaycanın iqtisadi siyasətinin analitik əsaslarının gücləndirilməsi istiqamətində fəaliyyətinin mühüm tərkib hissəsidir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib