“Ekoloji məsələlər” üzrə işçi qrupun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Ekoloji məsələlər” üzrə işçi qrupun növbəti iclası keçirilib. İclasda Strategiyanın “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” Milli Prioriteti üzrə 2026-cı ilin birinci yarısında görülmüş işlər müzakirə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil olunan iclasda Strategiyanın “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədi üzrə 2026-cı ilin ötən dövrü ərzində görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin icrası üzrə 2026-cı ilin birinci yarımilinə dair monitorinq və qiymətləndirmə nəticələri təqdim edilib.
İclasda Strategiya üzrə müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görülmüş işlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, işçi qrupa üzv qurumların təmsilçilərinin rəy və təklifləri dinlənilib, icra prosesinin səmərəliliyinin artırılması və Strategiyada nəzərdə tutulan hədəflərə nail olunması üçün aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib