İİTKM ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İslam İnkişaf Bankı (İİB) Qrupunun qiymətləndirmə missiyasının nümayəndələri ilə görüşüb.
Görüşdə İslam İnkişaf Bankı Qrupunun ölkə üzrə əməliyyatlar meneceri, missiya rəhbəri Muhammad Suleyman, əməliyyatlar üzrə komanda rəhbəri Əl Abu Sandi Bokari, ölkə üzrə iqtisadçı Cem Tintin, regional inteqrasiya və ticarətin təşviqi üzrə baş mütəxəssis Nazar Mohamed Əltahir Diab, gənclərin səlahiyyətləndirilməsi üzrə baş mütəxəssis Şaria Volker, layihələrin maliyyə idarəetməsi üzrə baş mütəxəssis Hasib Ullah Siddiqi iştirak ediblər.
İslam İnkişaf Bankı Qrupu ilə İİTKM arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən layihə və proqramların qiymətləndirilməsi, institusional potensialın gücləndirilməsi və müasir monitorinq yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlara İİTKM-in fəaliyyəti, xüsusilə iqtisadi siyasət və islahatların təhlili, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, strateji sənədlərin icrasının təhlili və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib.
Təqdimat zamanı İİTKM-in “Smart Monitoring” platforması haqqında məlumat verilib. Platformanın dövlət proqramları və strateji sənədlərin icrasının monitorinqi və qiymətləndirilməsi proseslərinin rəqəmsallaşdırılmasına, məlumatların vahid sistem üzərindən toplanmasına, emalına və analitik təhlilinə imkan yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, platformada süni intellekt texnologiyalarından istifadə vasitəsilə məlumatların emalı, hesabatların hazırlanması, analitik imkanların genişləndirilməsi və monitorinq proseslərinin daha çevik və səmərəli həyata keçirilməsi barədə məlumat verilib.
“Smart Monitoring” platformasında süni intellekt texnologiyalarının tətbiqi İslam İnkişaf Bankı Qrupunun nümayəndələrində xüsusi maraq doğurub. Süni intellekt əsaslı həllərin dövlət proqramlarının icrasının monitorinqi, məlumatların təhlili və nəticələrin qiymətləndirilməsi prosesində tətbiqi ilə bağlı qonaqların sualların cavablandırılıb. Bu istiqamətdə İİTKM-in formalaşdırdığı təcrübənin və rəqəmsal yanaşmaların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyəti qeyd olunub.
Bununla yanaşı, İİTKM ilə İslam İnkişaf Bankı Qrupu arasında analitik və institusional əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə və ekspert mübadiləsi, birgə tədqiqatların aparılması və gələcək əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn və İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli də iştirak ediblər. İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyətinin bir qismi tədbirə əyani, digər iştirakçılar isə onlayn formatda qoşulublar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib