“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.2-ci Məqsədinə (“Yaradıcı və İnnovativ Cəmiyyət”) daxil olan tədbirlərin 2026-cı ilin I yarımili üzrə icrasına dair “İnnovasiya” işçi qrupunun iclası keçirilib. İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) apardığı monitorinq və qiymətləndirmənin nəticələri geniş müzakirə olunub. Qarşıya qoyulan vəzifələrin vaxtında və yüksəkkeyfiyyətli icrası istiqamətində təklif və tövsiyələr səsləndirilib. Eyni zamanda həmin Strategiyanın icra müddətinin son ili olduğunu nəzərə alaraq, icrası tamamlanmamış tədbirlərin 2026-cı ilin sonunadək yekunlaşdırılmasına dair müvafiq tapşırıqlar verilib.
Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlərinin tam və vaxtında icrasını təmin etmək və aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə müxtəlif işçi qrupları, o cümlədən Strategiyanın 3.2-ci Məqsədinin yerinə yetirilməsi istiqamətində “İnnovasiya” İşçi qrupu yaradılıb.
“İnnovasiya” İşçi qrupuna rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov sədrlik edir və İşçi qrupda İİTKM, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın rəhbər şəxsləri təmsil olunurlar.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır