“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərlik etdiyi “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun iclası keçirilib. Dövlər və özəl sektor nümayəndələrinin iştirak etdiyi iclasda məlumat verilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna və “Notariat haqqında” Qanuna mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər daşınmaz əmlakın qeydiyyatı sahəsində “bir pəncərə” sisteminin tətbiqini nəzərdə tutur. “Bir pəncərə” prinsipinə əsasən daşınmaz əmlakla bağlı notariusların təsdiq etdikləri və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olan sənədlər (məsələn, daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, daşınmaz əmlakın bölgü planı və s.) notariat ofisləri tərəfindən elektron qaydada daşınmaz əmlakın dövlət reyestrinə göndəriləcək. Həmin elektron sənədlər ərizə hesab olunacaq, yəni vətəndaşların çıxarış almaq üçün ərizə ilə fiziki olaraq qeydiyyat orqanına müraciət etməsi zərurəti aradan qalxacaqdır.
İclasda həmçinin Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsi”nin təqdimatı olub.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsi barədə çıxış edib, təqdim olunan Yol Xəritəsinin əhəmiyyəti və müvafiq sahəyə töhfələri barədə fikirlərini bölüşüb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, işçi qrupunun rəhbəri Rüstəm Şahbazov iclas iştirakçılarına Yol Xəritəsində torpaq və əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı görüləcək tədbirlər, həyata keçiriləcək layihələr və digər məsələlər barədə məlumat verib.
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru barədə çıxış edib. O bildirib ki, 2023-cü il elektronlaşdırma və ictimai əlçatanlıq prinsipləri ilə yadda qalacaqdır: “Hədəfimiz daşınmaz əmlakın qeydiyyatı ilə bağlı əməliyyatlar üzrə sənədlərin kağızda təqdim olunmasını aradan qaldıraraq, ərizəçilərin fiziki olaraq müraciət etmədən, internet resursları vasitəsilə öz müraciətlərini etməsi və lazımi sənədi elektron qaydada əldə etməsini təmin etməkdir.”
Ədliyyə Nazirliyinin nümayəndəsi Leyla Bərxudarzadə də öz növbəsində daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı, vahid ödəniş sisteminin tətbiqi ilə bağlı təqdimatla çıxış edib.
"Rieltorlar Assosiasiyası" İctimai Birliyinin sədri Elnur Azadov isə qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində aparılan islahatlar, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu istiqamətdə atılan addımların davamlı olması xüsusilə vacibdir.
Daha sonra yeni Yol Xəritəsi üzrə tədbirlərin icra vəziyyəti, 2023-cü il üçün hədəflər və prioritetlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsi” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib