UNEC-də “Startup School 3” layihəsinin infosessiyası keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşkilatçılığı ilə “Startup School 3” layihəsinin növbəti infosessiyası keçirilib.
Tədbirdə UNEC-in tələbələri, startap sahəsinə maraq göstərən gənclər və innovativ təşəbbüskarlar iştirak ediblər. İnfosessiyanın məqsədi layihə barədə ətraflı məlumat vermək, iştirak imkanlarını izah etmək və innovasiya sahəsində bilik və bacarıqların inkişafına dəstək göstərmək olub.
Tədbirdə çıxış edən "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov layihə çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı barədə məlumat verib. O qeyd edib ki, proqram yaşıl və rəqəmsal sahələrdə fəaliyyət göstərən startapların inkişafını dəstəkləmək, innovasiya ekosisteminin genişlənməsinə, regional əməkdaşlığın güclənməsinə və investisiya imkanlarının artırılmasına xidmət edir.
İnteraktiv şəkildə keçirilən infosessiyada iştirakçılar proqramın mərhələləri, seçim meyarları, təlim və mentorluq imkanları, eləcə də yerli və beynəlxalq tərəfdaşlıq perspektivləri haqqında ətraflı məlumat əldə ediblər. Sessiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb və startap inkişafı ilə bağlı praktiki məsləhətlər təqdim olunub.
Qeyd edək ki, “Startup School 3” layihəsi yerli və beynəlxalq innovasiya təşəbbüsləri ilə inteqrasiya olunmaqla həyata keçirilir və ölkədə startap ekosisteminin inkişafına töhfə verməyi, gənc təşəbbüskarların potensialını üzə çıxarmağı və onların qlobal bazarlara çıxış imkanlarını genişləndirməyi hədəfləyir.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib