İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi üzrə ixtisaslaşmış “Caucasus Geo Survey” şirkəti ilə birlikdə “GIS-Tech Marathon 2025” uğurla başa çatması qeyd olunub. Tədbir zamanı marafonu uğurla yekunlaşdıran gənc mütəxəssislər mükafatlandırılıb, onlara qalib kimi təqdim olunan imkanlar açıqlanıb.
Açılış zamanı “Caucasus Geo Survey” şirkətinin direktoru Rauf Əmənov marafonun qaliblərini təbrik edib. O bildirib ki, 40 gün ərzində baş tutan marafon gənc mütəxəssisləri məkan məlumat sistemləri texnologiyalarının əsasları və real sektor tətbiqləri ilə tanış edib. O əlavə edib ki, marafon çərçivəsində iştirakçılar dünyanın aparıcı mütəxəssislərindən təlimlər alıb, nəzəri və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov isə bildirib ki, müasir dövrdə GİS texnologiyası ekoloji monitorinq, nəqliyyat idarəçiliyi və fövqəladə halların idarə olunmasında əvəzsiz rol oynayır. Onun sözlərinə görə GİS təbii resursların idarə olunmasından şəhər planlaşdırılmasına qədər bir çox sahədə daha dəqiq qərarlar qəbul etməyə kömək edir. Azərbaycanın da GİS sahəsində inkişafı sürətlənir və bu texnologiyadan müxtəlif dövlət layihələrində və özəl təşəbbüslərdə geniş istifadə trendləri müşahidə edilir. Xüsusilə də, işğaldan azad olunmuş ərazilərimizdə aparılan modern əsaslı yenidənqurma işlərində bu texnlogiyalardan istifadə imkanları genişdir. GİS sisteminin inkişafı, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyalarının həyata keçirilməsində və dayanıqlı idarəetmə modelinin formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, “GIS-Tech Marathon 2025” dünyanın nüfuzlu Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutu (ESRİ) ilə birlikdə həyata keçirilib. Mükafatlandırmada iştirak edən GIS sahəsinin beynəlxalq mütəxəssisi, eyni zamanda ESRİ-nin nümayəndəsi Ahmed El Awady master-klas təqdim edib.
Sonda qalib olan məzunlar mükafatlandırılıb. Layihənin tərəfdaşları “ESRI”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azercosmos, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Made in Azerbaijan (MinA) platformasıdır. Layihənin media dəstəyini isə www.edumap.az təmin edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib