“Enterprise Azerbaijan” portalının əməkdaşları Stanford Universitetinin professoru ilə görüşüblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları ABŞ-ın Stanford Universitetindən sahibkar və Akademik Dr. Murat Baday ilə görüş keçiriblər. Görüşdə elmi-texnoloji innovasiyalar, süni intellekt, rəqəmsal iqtisadiyyat və startap ekosistemində beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Müzakirə zamanı Mərkəzin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) Beynəlxalq Akselerasiya Proqramı barədə ətraflı məlumat təqdim edib. O qeyd edib ki, proqramın əsas məqsədi yaşıl texnologiyalar və rəqəmsal innovasiyalar sahəsində fəaliyyət göstərən startaplara dəstək vermək, onları qlobal bazarlara çıxışa hazırlamaq və regional əməkdaşlığı gücləndirməkdir.
Stanford Universitetinin professoru Murat Baday çıxışı zamanı ABŞ və digər inkişaf etmiş ölkələrdə innovasiya və texnologiya siyasətləri, elmi araşdırmaların kommersiyalaşdırılması, həmçinin süni intellektin tətbiqi üzrə təcrübələri bölüşüb. O, Azərbaycanda bu istiqamətdə atılan addımları yüksək qiymətləndirərək, elmi-texnoloji əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Professor, həmçinin startapların inkişafı üçün intensiv təlim proqramları, bootcamplar, ideya və innovasiya müsabiqələrinin keçirilməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, bu cür təşəbbüslər gənc təşəbbüskarların potensialını üzə çıxarmaq və onları beynəlxalq innovasiya platformalarına hazırlamaq baxımından olduqca önəmlidir.
Mərkəzin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri Aygün Əhmədova ölkədə rəqəmsallaşma sahəsində həyata keçirilən layihələr, süni intellektin tətbiqi və bu istiqamətdə mövcud imkanlarla yanaşı qarşıda duran çağırışlar barədə məlumat verib. O, həmçinin Rəqəmsal Ticarət Qovşağının əsas fəaliyyəti, rəqəmsal texnologiyaların təşviqi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə də ətraflı danışıb.
Tərəflər elmi və texnoloji innovasiyaların dəstəklənməsi, startapların inkişafı və qlobal bazalarla inteqrasiyası istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşün sonunda əməkdaşlığın qurulması, xüsusilə Akselerasiya proqramında təlim-mentorluq, startapların qiymətləndirilməsi və investisiya resurslarının cəlb edilməsi haqqında razılıq əldə olunub.







Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir