Vüsal Qasımlı Türk dünyasının biznes liderlərinə Azərbaycanın investisiya imkanlarından danışıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları İttifaqı (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə çıxış edib. O, əsas makroiqtisadi göstəricilər barədə məlumat verərək bildirib ki, Azərbaycan iqtisadiyyatı son 30 ildə dörd dəfə artıb. Ötən il ÜDM 4%-dən çox artaraq qlobal orta göstəricini üstələyib. Qeyri-neft və sənayenin artımı isə bundan təxminən 2 dəfə çox olub. Vüsal Qasımlı qloballaşan dünyada rəqabətə davamlı iqtisadi inkişaf, dinamik və inklüziv cəmiyyət, innovasiya və insan kapitalının inkişafı, həmçinin texnoloji irəliləyiş barədə görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verib.
İİTKM-in icraçı direktoru Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya imkanları və ölkənin yaşıl enerji sahəsindəki təşəbbüsləri, COP29 ərəfəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji dəhlizi layihəsini, xüsusən Azərbaycanın Avropaya nisbətən daha aşağı qiymətlə yaşıl enerji istehsalı sahəsindəki üstünlüyünü vurğulayıb.
Vüsal Qasımlı Türk dünyasından olan investorların Azərbaycana sərmayə yatırması baxımından ölkənin sağlam fiskal və xarici balansa malik olduğunu, xarici borcun ÜDM-ə nisbətinin 7% təşkil etdiyini və dövlət proqramlarının icrasında monitorinq və qiymətləndirmə alətinin uğurlu tətbiqi ilə idarəetmənin səmərəliliyini artırmağa yönəlmiş siyasətləri təhlil edib. O, həmçinin Zəngəzur dəhlizi və Orta Dəhlizin kiçik və orta sahibkarlıq üçün qlobal dəyər zəncirlərinə qoşulmaq və Türk dövlətləri arasında iqtisadi şaxələndirməyə dəstək vermək baxımından böyük potensiala malik olduğunu və yeni ticarət imkanları yaratdığını vurğulayıb.
Tərbirdə qonaqlara İİTKM tərəfindən hazırlanan “Turkic States Economy” kitabı hədiyyə olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib