Böyük Qayıdış: Dövlət proqramı üzrə indikativ planlaşdırma davam edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində daha beş qurumla indikativ planlaşdırma həyata keçirilib.
Görüşlərdə Kənd Təsərrüfatı Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Qida Təhlükəsizliyi Agentliyinin, “Təmiz Şəhər” ASC-nin və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı dövriyyəsinə cəlb ediləcək torpaq sahələrinin müəyyən edilməsi və xəritələşdirilməsi, heyvandarlıq təsərrüfatları və arı ailələrinin təhlükəsiz zonalara köçürülməsi müzakirə edilib. “Azərbaycan Hava Yolları” QSC ilə keçirilən iclasda Laçın Hava Limanının tikintisi üzrə fikir mübadiləsi aparılıb. Qida Təhlükəsizliyi Agentliyi ilə idxal-ixrac məhsullarına nəzarətin təşkili məqsədilə müasir nəzarət məntəqəsinin, həmçinin stasionar, modul və ya mobil tipli olmaqla heyvan kəsimi məntəqələrinin yaradılmasının dəstəklənməsi və digər məsələlər müzakirə olunub. “Təmiz Şəhər” ASC ilə regionda bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması və poliqon ərazilərin müəyyən edilməsi üzrə müzakirələr həyata keçirilib. Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə regionun yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi müzakirə edilib.
Görüşlərin yekununda qarşıda duran vəzifələr, görüləcək işlər və Dövlət Proqramında müəyyən edilmiş hədəflərə uyğun olaraq nəticə indikatorlarının formalaşdırılması üçün qurumlara tövsiyələr verilib.
![Böyük Qayıdış: Dövlət proqramı üzrə indikativ planlaşdırma davam edir](https://ereforms.gov.az/files/news/images/full/669bd38ddd3fad7345561222.jpg)
![Böyük Qayıdış: Dövlət proqramı üzrə indikativ planlaşdırma davam edir](https://ereforms.gov.az/files/news/images/full/b98fc9b91a626ae068f44480.jpg)
![Böyük Qayıdış: Dövlət proqramı üzrə indikativ planlaşdırma davam edir](https://ereforms.gov.az/files/news/images/full/bd879d6dbddb1f0f530f5165.jpg)
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”