İİTKM-də dövlət satınalmaları haqqında təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Satınalma komissiyasının üzvlərinə təlim keçirilib. Təlimdə komissiyanın hər bir üzvünə peşə hazırlığının təmin edilməsi, o cümlədən dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadə, şəffaflıq və intizamlılıq barədə məlumatlar təqdim olunub. Mərkəzin hüquqşünası Nigar Hafizqızının həyata keçirdiyi maarifləndirici təlimdə dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi barədə məlumatlar bir daha komissiya üzvlərinin diqqətinə çatdırılıb.
Həmçinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 11 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin əsas norma və prinsipləri, Satınalma komissiyasının məsuliyyəti, satınalmalarda maraqların toqquşması, qanunvericilikdə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması kimi qiymətləndirilən hallar və digər mövzular üzrə məlumatlandırılma həyata keçirilib.
Təlim çərçivəsində Satınalma komissiyasının üzvlərinin sualları cavablandırılıb, onlar zəruri sənəd və materiallarla təmin olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib