Vüsal Qasımlı BVF-nin IV Maddə Məsləhətləşmələri üzrə missiyasını qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq məqsədilə ölkəmizə gəlmiş missiyanı qəbul edib. Görüşdə Fondun Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri Anna Bordon, missiya üzvləri Qustavo Ramirez və Hoda Assemi, həmçinin BVF-nin icraçı direktorunun müşaviri Rəşad Həsənov iştirak ediblər.
Vüsal Qasımlı Azərbaycan iqtisadiyyatının makroiqtisadi çərçivəsi, pul siyasəti, fiskal və struktur islahatları barədə ətraflı məlumat verib. O, həmçinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş hədəfləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun inkişafı və yaşıl zonaların yaradılması sahəsində görülmüş işləri qonaqların diqqətinə çatdırıb. Eləcə də dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi üzrə https://www.azerbaijan2030.gov.az və https://boyukqayidish.gov.az rəqəmsal hesabatlılıq platformalarını təqdim edib.
BVF-nin missiya rəhbəri Anna Bordon və missiya üzvləri Azərbaycanda davam edən iqtisadi islahatlar, xüsusilə dövlət müəssisələrinin islahatı, fiskal konsolidasiyalar barədə fikir mübadiləsi aparıblar. Dövlət investisiyalarının səmərəli idarə edilməsi və şəffaflığın təmin olunması məqsədilə böyük məlumat bazasının toplandığı monitorinq və qiymətləndirmə üzrə rəqəmsal hesabatlılıq platformaları kimi uğurlu innovativ layihələrin əhəmiyyətini qeyd ediblər.
Görüşdə həmçinin İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov, monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov, Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova, Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadə iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib