“Azexport Talks”: Biznesin inkişafına təsir edən amillər müzakirə olundu
İİTKM-nin operatoru olduğu “Azexport” portalının “Azexport Talks” layihəsinin növbəti görüşü baş tutub. Bu görüşün qonağı biznesin inkişafı üzrə məsləhətçi Hikmət Əliyev olub. H. Əliyev bildirib ki, müasir biznes mühitində uğur qazanmaq üçün sahibkarlar trendləri izləməli, rəqəmsal transformasiyaya açıq olmalı və innovativ həllərdən istifadəni genişləndirməlidirlər. O, əlavə edib ki, sahibkarlar öz bizneslərini yaxşı tanımalı, bütün istiqamətlər üzrə baş verən proseslərə bələd olmalıdırlar ki, yarana biləcək çətinlikləri öncədən hiss edərək zəruri tədbir görə bilsinlər.
Görüşdə mebel istehsalı sahəsində fəaliyyət göstərən şirkətin problemləri simulyasiya olunaraq sual-cavab formatından müzakirə edilib, iştirakçıların cavabları ekspertlər tərəfindən şərh olunub.
Görüşün moderatoru “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, bənzər təlimlərin keçirilməsi sahibkarların və gənclərin maariflənməsinə və inkişafına xidmət edir. “Azexport Talks” yeni layihə olsa da, artıq üç müxtəlif mövzunu əhatə edən məhsuldar görüşlər təşkil olunub. Növbəti həftələrdə müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə müzakirələr davam etdiriləcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib