İİTKM-in şöbə müdiri beynəlxalq “ EFE 2024” konqresində təqdimatla çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəznində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində 24-26 oktyabr tarixlərindən hibrid formatda keçirilən 6-cı Beynəlxalq İqtisadiyyat, Maliyyə və Enerji Konqresində (EFE 2024) təqdimatla çıxış edib. Təqdimat "Orta Dəhlizin Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın artmasındakı rolu" mövzusunda olub.
V. Cəfərova təqdimatında Orta Dəhlizin Avrasiya ilə Avropa arasında enerji və nəqliyyat daşımaları üçün mühüm bir əlaqə qurduğunu və bu dəhlizin Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri, xüsusən də Azərbaycan, Qazaxıstan və Türkiyə arasında inteqrasiyanı artıran və iqtisadi əməkdaşlığı inkişaf etdirən mühüm bir alət olduğunu qeyd edib. Eyni zamanda Orta Dəhlizin regionda yalnız iqtisadi deyil, ticarət, enerji tranziti və təhlükəsizlik sahələrində əməkdaşlığı asanlaşdıran əsas element olduğu vurğulanıb.
“EFE 2024” Konqresi Türkiyənin Fatih Sultan Mehmet Universiteti, Qazaxıstanda yerləşən Əhmət Yasəvi Universiteti, Azərbaycanın İqtisad Universiteti və İqtisadiyyat, Maliyyə və Enerji Assosiasiyasının təşkilatçılığı ilə Türk dünyasının iqtisadiyyat, maliyyə və enerji sahəsində fəaliyyət göstərən tədqiqatçılarını bir araya gətirərək aktual məsələlərin müzakirəsi məqsədilə keçirilir.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib