İİTKM-in şöbə müdiri “Manas Forumu 2024” çərçivəsində təqdimatlarla çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində keçirilən “Manas Forumu 2024” adlı beynəlxalq konfransda təqdimatla çıxış edib. Təqdimat “Qitələri birləşdirən Azərbaycanın Avropanın enerji və infrastrukturda aparıcı rolu” mövzusunda olub. TDAM rəhbəri Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində strateji rolunu diqqətə çatdırıb.
Səfər çərçivəsində V. Cəfərova Türk Dövlətləri Təşkilatının (TDT) İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 15-ci iclasında çıxış edib. Hibrid formatda keçirilən iclasda Vüsalə Cəfərova "Türk dünyasının interaktiv geoiqtisadi xəritəsi" konsepsiyasını təqdim edib.
Təqdimatda bildirilib ki, İİTKM-in təşəbbüsü olan "Türk dünyasının interaktiv geoiqtisadi xəritəsi” TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı artırmağı hədəfləyir, ticarət axınları və investisiya imkanları haqqında əhatəli və dinamik məlumat bazası rolunu oynamaqla innovativ portal kimi rəqəmsal xidmətlər göstərmək potensialına malikdir.
TDT-yə üzv dövlətlərin nümayəndələri sözügedən interaktiv xəritənin yaradılmasını məqbul hesab edərək bu istiqamətdə addımların atılması barədə çıxışlar ediblər. İİTKM tərəfindən layihənin konsepsiya sənədinin və layihə təklifinin aidiyyəti üzrə təqdim olunması barədə razılıq əldə edilib.
V. Cəfərova təqdimatdan sonra TDT Katibliyinin layihə direktoru Yerjan Mustafin ilə keçirdiyi görüşdə Türk Dünyası Araşdırmalar Mərkəzinin fəaliyyəti və hazırladığı nəşrlər barədə məlumat verib. O, "Türk İqtisadi İcmalı”nın 2024-cü ilin birinci yarısı üzrə məlumatları əhatə edən növbəti buraxılışını Y. Mustafinə təqdim edib. Qeyd edilməlidir ki, TDT-nin üzv və müşahidəçi dövlətlərinin iqtisadi dinamikasını əks etdirən "Türk İqtisadi İcmalı" 2022-ci ildən etibarən rüblük və illik dövrləri əhatə etməklə hazırlanır və İİTKM-in və TDT-nin internet səhifələrində 8 dildə yayımlanır.





Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu