İİTKM-də Türkiyənin “bulud” texnologiyaları şirkəti ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları, "Enterprise Azerbaijan" və "Azexport.az" portallarının rəhbərləri və Türkiyənin “Bulutistan” şirkətinin rəhbər heyəti arasında görüş keçirilib. Görüş tərəflərin fəaliyyəti ilə tanışlıq və ümumi əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədi daşıyıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Samir Məmmədov yeni rəqəmsal həllər və “bulud” texnologiyalarından istifadənin əhəmiyyətini vurğulayıb.
“Bulutistan” şirkətinin MDB ölkələri üzrə baş meneceri Mutlu Ataç şirkətin fəaliyyət istiqamətləri və xidmətləri, digər ölkələrlə əməkdaşlığı, “bulud” texnologiyaları və həlləri, “bulud”un iqtisadi səmərəsi barədə danışıb. Şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Samir Nuriyev isə təmsil etdiyi qurumun ölkəmizdəki fəaliyyəti ilə bağlı məlumat verib.
“Entreprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva Azərbaycanda startap ekosisteminin inkişafı üzrə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb, “Bulutistan” şirkətini bu sahənin dəstəkləməsi üçün birgə fəaliyyətə dəvət edib. "Azexport.az"-ın rəhbəri Ayxan Qədəşov portalın fəaliyyət istiqamətləri, məqsədi, ölkə iqtisadiyyatına səmərəsi və əməkdaşlıq imkanları barədə çıxış edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədova Mərkəzin strateji fəaliyyət istiqamətlərində müəyyən olunmuş bir sıra tədbirlər üzrə “Bulutistan” şirkəti ilə əməkdaşlığın əhəmiyyət daşıyacağını qeyd edib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu