
Azərbaycanın enerji təhlükəsizliyi gündəliyi beynəlxalq konfransda təqdim edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin analitik mərkəzlərinin beynəlxalq konfransı" çərçivəsində təşkil olunan "Uzunmüddətli əməkdaşlıq üçün yeni gündəlik" adlı tədbirdə iştirak edib.
Özbəkistan Xarici İşlər Nazirliyi, Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzi, Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti, MDB İcraiyyə Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi MDB ölkələri arasında əməkdaşlığın inkişaf perspektivləri, yaşıl enerji keçidi, iqtisadi və mədəni-humanitar mövzularda müzakirələrin aparılmasıdır.
V.Cəfərova konfransın "Yaşıl keçid dövründə enerji təhlükəsizliyinin təmin edilməsi" adlı sessiyasında "Azərbaycanın enerji təhlükəsizliyi gündəliyi: yaşıl keçid və davamlı iqtisadi inkişaf" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın enerji sektoru və enerji təhlükəsizliyi istiqamətində görülən işlər, həmçinin ölkənin yaşıl enerji keçidi və davamlı inkişaf hədəfləri izah edilib.
TDAM rəhbəri Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və karbon emissiyasının azaldılması üzrə strategiyalar, regional əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və texnoloji innovasiyalar barədə məlumat verib. Xüsusilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının tikintisi layihələri, o cümlədən Qarabağ, Naxçıvan və Şərqi Zəngəzur rayonlarının 2050-ci ilə qədər sıfır emissiyalı bölgələrə çevrilməsi hədəfləri qonaqların diqqətinə çatdırılıb.


Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İƏT-in əsas üstünlüyü enerji ehtiyatları və nəqliyyat əlaqələridir
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin gücləndirilməsi və sosial yenidənqurma
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya və rifah: Kimə nə vəd edir?
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru