TDAM rəhbəri “CAREC” Beyin Mərkəzlərinin 8-ci İnkişaf Forumunda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) və Asiya İnkişaf Bankı tərəfindən keçirilən CAREC Beyin Mərkəzlərinin 8-ci İnkişaf Forumunda iştirak edir. “İqlim Çağırışı: Birgə fəaliyyət üçün sərhədləri aşan yanaşmalar” mövzusunda keçirilən forumda V. Cəfərova təqdimatla çıxış edib.
“Azərbaycanın iqlimə davamlılıq və ağıllı infrastruktur strategiyası” mövzusunda təqdimatda TDAM rəhbəri ölkənin ağıllı şəhər layihələri və bərpa olunan enerji vasitəsilə iqlimə uyğunlaşma tədbirləri barədə iştirakçıları məlumatlandırıb. O həmçinin, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan yaşıl və davamlı inkişaf hədəfləri, işğaldan azad olunan ərazilərdə ağıllı infrastruktura əsaslanan inkişaf planları, iqlim dəyişikliyinə qarşı milli adaptasiya proqramından bəhs edib.
V. Cəfərova 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini və bu il ölkəmizdə COP29-a ev sahibliyi istiqamətində görülən tədbirləri xüsusi qeyd edib.









Ekspert yazıları
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab