İİTKM-də qida təhlükəsizliyinə dair dövlət proqramının monitorinq nəticələri müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2023-cü il üzrə monitorinq nəticələrinə dair işçi müzakirə keçirilib. İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi, Aqrar Xidmət Agentliyi və “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-in Dövlət Proqramı üzrə məsul şəxslər iştirak ediblər.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı dünyada qida təhlükəsizliyi sahəsində baş verən çağırışlar fonunda Dövlət Proqramının icrası müddətində həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin Azərbaycanın qida təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətini vurğulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov isə Dövlət Proqramının effektiv icrası ilə bağlı müvafiq addımların atıldığını, laboratoriyalarda nümunə müayinəsinin dəqiqlik əmsalı, o cümlədən uyğunsuz müayinələrin ümumi müayinələrdə payı üzrə uğurlu nəticələrin əldə edildiyini, bitki sağlamlığı və heyvan sağlamlığı üzrə qanun layihələrinin hazırlandığını, bütün bu işlərin aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib.
İİTKM-in Monitorinq və Qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə Proqram üzrə qoyulmuş hədəflərə uyğun olaraq görülmüş əsas işlər barədə təqdimatla çıxış edib. Təqdimatın sonunda monitorinqin effektivliyini artırmaq məqsədilə tövsiyələr qeyd edilib.
Görüşdə Dövlət Proqramının icrası və monitorinqi zamanı qarşıya çıxan çağırışların həlli ilə bağlı konstruktiv müzakirələr aparılıb, növbəti mərhələdə vəzifələrin icrasına dair diqqət yetirilməli istiqamətlər vurğulanıb. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi ilə Mərkəz arasında uğurlu əməkdaşlığın davamı olaraq Azərbaycan və ingilis dillərində beynəlxalq və yerli təşkilatların iştirakı ilə Azərbaycanın Qida Təhlükəsizliyinə dair kitab layihəsinin hazırlanması təklifi verilib. Bu layihənin ölkəmizin qida təhlükəsizliyi sahəsində uğurlu dövlət siyasətinin təqdimatında əhəmiyyəti qeyd edilib.
Qeyd edək ki, Prezidentin 2019-cu il 29 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”da nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilməsi İİTKM tərəfindən həyata keçirilir.
Ekspert yazıları
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
2024-cü ilin birinci yarısı üçün Türk Dövlətlərinin İqtisadi Görünüşü: Artım, Ticarət və İnvestisiya Trendləri
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“ŞƏT plyus” toplantısı türk dövlətləri arasında iqtisadi əməkdaşlığı artıracaq
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises