“Startup School 2”nin növbəti təlimi süni intellekt ekosisteminə həsr olunub

“Startup School 2”nin növbəti təlimi süni intellekt ekosisteminə həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin təlim mərhələsi davam edir.

Layihə çərçivəsində növbəti təlimi “Mercedes-Benz Consulting GmbH” şirkətinin süni intellekt üzrə baş məsləhətçisi Dr. Günay Kazımova keçib. “Süni intellekt ekosistemi: strategiyadan məsuliyyətli icraya” (Artificial Intelligence ecosystem: From strategy to responsible execution) adlı təlimdə iştirakçılara süni intellekt strategiyaları və tətbiqinin çoxşaxəli dünyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, potensial riskləri azaltmaqla yanaşı, iqtisadi artımı dəstəkləmək üçün hökumətlər süni intellektin tənzimlənməsində zərif tarazlığa malik olmalıdırlar. Müzakirə zamanı süni intellektin qərəzliliyin və ayrı-seçkiliyin aradan qaldırılmasındakı rolu xüsusi vurğulanıb. G.Kazımzadə cəmiyyətdəki bərabərsizliklərin davam etməməsi üçün hesabatlı süni intellektin inkişafının vacibliyini qeyd edib.  

Təlimdə G.Kazımzadə həmçinin, süni intellekt texnologiyalarının avtomobillərin avtonomiyasında və proqnozlaşdırıcı texniki xidmətdə yaratdığı inqilabı nümayiş etdirərək, süni intellektin avtomobil sənayesində transformativ təsirindən danışıb.

Təlim zamanı iştirakçılar texnologiyanın, tənzimləmənin və ictimai təsirin mürəkkəb kəsişməsində innovasiyaya təkan verən süni intellekt strategiyalarının hazırlanması ilə bağlı praktiki biliklər əldə ediblər. Eləcə də, təlim iştirakçıları inkişaf edən süni intellekt mənzərəsini inam və məsuliyyətlə idarə etmək üçün lazım olan bilik və alətlərlə təchiz olunublar. Sonda bu istiqamətlərdə startapçılara xüsusi tapşırıqlar verilib.

“Startup School 2”nin növbəti təlimi süni intellekt ekosisteminə həsr olunub
“Startup School 2”nin növbəti təlimi süni intellekt ekosisteminə həsr olunub
“Startup School 2”nin növbəti təlimi süni intellekt ekosisteminə həsr olunub

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R