“Startup School 2”nin təlimində etibarlı süni intellektin modellərindən danışılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-nin Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi çərçivəsində təlimlər davam edir. Növbəti təlim Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru Nicat Mehdiyev tərəfindən 2 mövzu üzrə keçirilib.
“Süni intellektin qara qutusunun açılması: izah edilə bilən süni intellektin axtarışı” adlı təlim sessiyasında N.Mehdiyev bu sahədə praktiki məsələlərə mane olan amillərdən və onların həlli yollarından danışıb, mahiyyətcə şərh edilə bilən modellərlə qara qutu modelləri arasında fərqi izah edib. İştirakçılar müxtəlif domenlərdə geniş tətbiq üçün vacib olan inam və şəffaflığın təşviqində “İzah edilə bilən süni intellekt”in əhəmiyyəti barədə məlumat alıblar.
“Güvən təməlinin qurulması: etibarlı süni intellekt prinsipləri” adlı ikinci təlim sessiyasında isə bu sahədə etimadın yaradılmasının əsasını təşkil edən əsas prinsiplər izah edilib, qlobal və yerli süni intellekt (AI) konsepsiyaları təhlil olunub. Təlimdə həmçinin süni intellektin izahında SHAP (SHapley Additive Explanations) modelinin müxtəlif kontekstlərdə tətbiqi araşdırılıb, etibarlı süni intellekt sistemlərinin qurulması üçün lazım olan nəzəri və praktiki alətlər sadalanıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib