Monitorinq və Qiymətləndirmə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və Qiymətləndirmə Qrupu strateji yol xəritələrinin, dövlət proqramlarının, tədbirlər planlarının, iqtisad yönümlü təşviq layihələrinin, habelə sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin monitorinqini və qiymətləndirilməsini həyata keçirir, dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və strategiyaların, iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını, risk təhlilini aparır, həmçinin icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsini qiymətləndirir.
Strateji yol xəritələrində və digər dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün, yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin, elmi təşkilatların, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsi əsasında monitorinq və qiymətləndirmə idarəetmə sistemi formalaşdırılmış və davamlı olaraq əlaqələndirici və icraçı qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərilərək monitorinq və qiymətləndirmə prosesi həyata keçirilir.
Missiyamız
İcra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya proseslərini vahid bir platformada instisionallaşdırmaq.
Vizyonumuz
Rəqəmsal monitorinq və qiymətləndirilmə institunu elektron hökümətin funksionallığı kimi görmək.
Dəyərlərimiz
Yüksək peşəkar standartlara riayət etmək
Yüksək etik normalara əməl etmək
Monitorinq və qiymətləndirmə prosesinin aparılmasında sifarişçi inamlarını qorumaq
Dövlətçilik maraqlarını üstün tutmaq
Çevik koordinasiya və kommunikasiyanın təmin etmək
Monitorinq və qiymətləndirmə prosesinin şəffaflığını təmin etmək
Hesabatlılığı gücləndirmək
Ətraflı məlumat almaq üçün buraya klik edə bilərsiniz.