Vahid ixrac ərizəsi

Onlayn vahid ixrac ərizəsi -  tətbiqi vətəndaş-məmur təmasının minimuma endirilməsi, biznes mühitinin əlverişliliyinin artırılması, sərhədlərarası ticarətin aparılmasının sadələşdirilməsi sahibkarların xeyrinədi, o cümlədən elektron pul kisəsi  nağdsız ödənişlərin genişləndirilməsi, dövlət proqramında nəzərdə tutulan istiqamətdə ixrac proseduru zamanı rəqəmsal ödənişlərin genişləndirilməsini nəzərdə tutur.

Vahid İxrac Ərizəsi ixracatçılar üçün elektron platforma olaraq, müraciətlərin vahid platforma altında doldurulması və təsdiqi üçün aidiyyəti orqanlara göndərilməsi xarakteri daşıyır. Bu platformaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dini Qurumlar üzrə İş Komitəsi inteqrasiya olunmuşdur.

Ətraflı məlumat almaq üçün bura klik edə bilərsiniz.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R