“Startup School 2”də ABŞ təcrübəsi öyrənilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-nin Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi çərçivəsində təlimlər davam edir. Növbəti təlim “Nevada və ABŞ-da sahibkarlıq ekosistemi: sahibkarlıq, süni intellekt və ictimai siyasət” (Entrepreneurial Ecosystem in Nevada and the U.S.; Entrepreneurship, AI and Public Policy Value Propositions) mövzusuna həsr olunub. Nevada Universitetində Beynəlxalq Mərkəzin, eyni zamanda Özmen Sahibkarlıq Mərkəzinin direktoru, Prof. Mehmet Tosunun keçdiyi təlimdə iştirakçılara sahibkarlıq, süni intellekt (Artificial Intelligence - AI) və dövlət siyasəti haqqında məlumat verilib. Təlim sessiyasında Nevada ştatının Reno şəhərində yerli administrasiyanın sahibkarlığın və startapların inkişafına göstərdiyi dəstəkdən danışılıb.
M.Tosun ABŞ-də və Nevada ştatında sahibkarlıq ekosisteminin dinamikasını və statistikalarını nümayiş etdirərək, innovasiya və biznesin inkişafını formalaşdıran əsas amilləri sadalayıb. O, eyni zamanda universitet ekosistemində yeni başlayan sahibkarlar üçün mövcud olan dəstək mexanizmləri haqqında məlumat verib, mentorluq proqramlarının, maliyyələşdirmə imkanlarının və sənaye şəbəkələrinə çıxışın bu mexanizmlərin ayrılmaz komponentləri olduğunu izah edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib