Azranking.az: "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.
İclasda 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində 1-ci rübdə görülmüş işlər barədə ətraflı məlumat verilib və qarşıda duran vəzifələr görüş iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin, Dünya Bankının Business Ready hesabatının Maliyyə xidmətləri indikatoru ilə bağlı tapşırıqların icra vəziyyətinə dair məlumat verilmiş və Maliyyə xidmətləri indikatoru ilə bağlı dövlət və özəl sektor nümayəndələri arasında aparılmış qiymətləndirmə nəticələri müzakirə edilib. Bundan başqa, iclasda sahibkarlıq subyektləri tərəfindən güzəştli şərtlərlə kreditlərin əldə edilməsi ilə bağlı ünvanlanmış müraciət ətrafında fikir mübadiləsi aparılıb. İclasın yekununda Dünya Bankının Business Ready hesabatının Maliyyə xidmətləri indikatoru ilə bağlı tədbirlərin icrasının, o cümlədən məlumatlılığın artırılmasının davam etdirilməsi, habelə sahibkarlıq subyektləri tərəfindən güzəştli şərtlərlə kreditlərin əldə edilməsi şərtlərinin yaxşılaşdırılması imkanlarının aidiyyəti dövlət fondları və bank nümayəndələrinin iştirakı ilə birgə müzakirə edilməsi qərarlaşdırılıb.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri və özəl sektordan işçi qrupu üzvləri iştirak edib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf