EnterpriseAzerbaijan layihəsində Amerikalı professor təlim keçdi
“Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi davam edir. Növbəti təlim Amerika Birləşmiş Ştatlarının Nevada Universitetinin professoru Met Vestfild tərəfindən keçirilib.
"Dəyər Təklifləri" (Value Propositions) mövzusunda təşkil olunmuş sessiyada iştirakçılar ABŞ bazarında müəssisələrin qurulması və uğur qazanması üçün vacib olan təməl konsepsiyaları hərtərəfli tədqiq ediblər.
M.Vestfild Birləşmiş Ştatlarda biznes qurmağın incəliklərindən söz açaraq bazar reallıqlarından və innovativ ideyaların biznesin inkişafına təsirindən danışıb. Təlim iştirakçıları hədəf kütləsi ilə işləmə bacarığı, biznes mühitində rəqabət və ədalətin təmin edilməsi, bazara giriş maneələri və risklər barədə də məlumat alıblar.
Professor strateji planlaşdırmanın önəmini vurğulayaraq iştirakçılarla bərabər sahibkarlığın inkişaf etdirilməsi yollarını təhlil edib, bu yolda onlara inamlı olmağı tövsiyyə edib.
Qeyd edək ki, “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatorluğu ilə “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-nin Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi tərəfindən keçirilir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib