“İxrac icmalı”nın aprel sayı açıqlanıb

“İxrac icmalı”nın aprel sayı açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, 2024-cü ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib.  2024-cü ilin yanvar-mart ayları ərzində yeyinti məhsulları üzrə ixrac 195,3 milyon ABŞ dollarına bərabər olub.

2024-cü ilin üç ayı ərzində pambıq ixracı 47%, meyvə-tərəvəz ixracı 15,3%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 7,2%, üzvi kimyəvi birləşmələrin ixracı isə 2,1% artıb.

2024-cü ilin ilk rübü ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 17,8% artaraq 210,7 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 7,8% artaraq 58,8 milyon ABŞ dolları olub.

2024-cü ilin yanvar-mart ayları ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (56,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (45 milyon ABŞ dolları) ikinci, elektrik enerjisi (40,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

2024-cü ilin yanvar-mart ayları ərzində Rusiya Federasiyasına 225,5 milyon ABŞ dolları, Türkiyəyə 150,3 milyon ABŞ dolları, Gürcüstana 59,9 milyon ABŞ dolları, Ukraynaya 24,2 milyon ABŞ dolları, Qırğızıstana isə 20,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Cari ilin mart ayının qeyri-neft ixracı 218,7 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 11,5% artımla 58,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 160,5 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (53 milyon ABŞ dolları) ikinci və Gürcüstan (16,9 milyon ABŞ dolları) üçüncü  olub.

2024-cü ilin mart ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,9 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (15 milyon ABŞ dolları) ikinci və ilkin formalı polipropilen (12 milyon ABŞ dolları) üçüncü olub.

 “İxrac icmalı”nda göstərilib ki, 2024-cü ilin aprel ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 38,8 milyon ABŞ dolları olub.

2024-cü ilin yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı,  “My Fruit” MMC, “Technopack” MMC, “Mors Trading” MMC, “Baku Steel Company” QSC, “Soil Boons” MMC, “Khan-El” MMC, “Atena” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,  “Azərenerji” ATSC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti MMC, “Azərbaycan Dəmir Yolları” QSC.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 47 ölkəsinə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib. 2024-cü ilin mart ayında isə “Azərkosmos” dünyanın 43 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2024-cü ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 966,8 min ABŞ dolları ilə Lüksemburq, 339,8 min ABŞ dolları ilə BƏƏ, 208,6 min ABŞ dolları ilə Pakistan və 197,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

2024-cü ilin yanvar-mart aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 545,9 milyon manat, yalnız mart ayında isə 173,7 milyon manat dəyərində əməliyyat aparılıb.

“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb
“İxrac icmalı”nın aprel sayı açıqlanıb

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R