İİTKM-də Mərkəz Bankla 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri ilə tematik görüş keçirilib.
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Strategiyada nəzərdə tutulmuş tədbirlərin effektiv, tam və vaxtında icrasını təmin etmək üçün həyata keçirilən işlərdən danışıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının Strategiya və layihə idarəetməsi departamentinin direktoru Fuad Cəfərov isə “Maliyyə resurslarına çıxışın artırılması” fəaliyyətinə daxil olan tədbirlər üzrə hədəf göstəricilərin icrası ilə bağlı görülmüş işlər, qarşıda duran məsələlərə dair məlumatlar təqdim edib.
Görüşdə həmçinin bank aktivlərinin və kredit resurslarının sosial-iqtisadi inkişafa təsirləri və iqtisadi aktivliyə töhfəsi ilə bağlı məlumatların indikativ planlaşmalarda nəzərə alınması ilə əlaqədar fikir mübadiləsi aparılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib