Vüsal Qasımlı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru
7 Aprel 1975-ci il tarixində Azərbaycan Respublikası İmişli şəhərində anadan olub.
Təhsili
1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb.
2004-cü ildə Gürcüstan İctimai Əlaqələr İnstitutunda Jurnalistika ixtisası üzrə ikinci magistr təhsili alıb.
2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru və 2017-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə edib.
2021-ci ildə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində "İqtisadi artımın idarəedilməsi" mövzusunda rəhbər kadrlar proqramının məzunu olub.
2022-2023-cü illərdə Oksford Universitetində strategiya və innovasiya üzrə magistr (Postgraduate Diploma) təhsili alıb.
Elmi və pedaqoji fəaliyyəti
2010-2014-cü illərdə UNEC-də Xüsusi İstedadlar Qrupu və MBA proqramı üzrə pedaqoji fəaliyyətlə məşğul olub.
Harvard Universiteti, Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeristeti, Seulun Hanyan və Hankuk Universitetləri və Rio-de-Janeyro Universitetində ictimai mühazirələr oxuyub.
2013-cü ildə Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq alim kimi çalışıb.
2013-cü ildə dosent elmi adı verilib.
2020-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışır.
Vüsal Qasımlıya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 19.04.2024-cü il tarixli qərarı ilə professor elmi adı verilib.
Azərbaycan, rus, ingilis və digər dillərdə 15 kitabı və 500-ə qədər elmi və publisistik məqaləsi, o cümlədən iki dərslik, iki dərs vəsaiti, iki dərs proqramı və iki monoqrafiyası var.
Əmək fəaliyyəti
2000-2003-cü illərdə "Ekspress" qəzetinin redaksiyasında iqtisadi məsləhətçi,
2005-ci ildə “ANS-PRESS Nəşriyyat evi” MMC-də iqtisadi icmalçı,
2005-2007-ci illərdə “ANS-PRESS Nəşriyyat evi” MMC-də prezident olub.
2009-2011-ci illərdə Azərbaycan İctimai-Siyasi Universitetində kafedra müdirinin müavini olub.
2007-2011-ci illərdə Avropa İttifaqı, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) və bir sıra beynəlxalq qurumların həyata keçirdiyi layihələrdə çalışıb.
2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
2015-ci ildə Böyük İyirmiliyin beyin mərkəzlərinin T20 platformasında Azərbaycanı təmsil edib.
2016-cı ildə Asiya İnkişaf Bankının iqtisadi inkişaf məsələləri üzrə məsləhətçisi olub.
2016-cı ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorudur.
2021-ci ildə BMT-nin Asiya və Sakit Okean Komissiyasının milli koordinatoru təyin olunub.
Təltifləri
2012-ci ildə Astana İqtisadi Forumunun və Avrasiya Alimlərinin İqtisadi Klubunun mükafatını alıb.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
2022-ci ildə "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif edilib.
2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
2024-cü ildə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023) yubiley medalı ilə təltif edilib.
Vüsal Qasımlı Azərbaycan, ingilis, rus və A1 səviyyədə ispan dillərini bilir.
Ailəlidir, üç övladı var.