Yerli malların vahid məlumat bazası yaradılacaq
Bakı- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" Sərəncamı 21 sentyabr 2016-cı ildə imzalamışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Sərəncamı şərh edərək bildirmişdilər ki, ölkədə aparılan iqtisadi islahatlar fonunda sahibkarlığın və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində qeyri-neft sektorunun ÜDM-də payi artaraq 63,5 faiz təşkil etmişdir: "Bundan başqa, ölkədə istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarların istehsal imkanlarının artırılması və ixrac potensiallı malların istehsalının stimullaşdırılması məqsədilə onlara dövlət dəstəyi və dövlət təşviqi mexanizmlərinin təkmilləşdirilməsi sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlərin davamlılığını təmin etmək, yerli malların xarici bazarlara çıxarılması imkanlarını daha da artırmaq, beynəlxalq bazarların tələbinə uyğun malların istehsalını sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti daha bir Sərəncam imzalamışdır.
Sərəncama əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üç ay müddətində ölkədə istehsal olunan mallar və onların istehsalçıları barədə məlumatları özündə əks etdirən İnternet portalını yaratmalıdır. Bu portaldan Azərbaycan, ingilis və rus dillərində məlumatlar əldə etmək mümkün olacaqdır ki, bu da istifadəçi dairəsinin genişlənməsinə imkan yaradacaqdır.
Portalda istifadəsi sadə, lakin əhatə dairəsi geniş olan axtarış sisteminin yaradılması da nəzərdə tutulur. Belə ki, istifadəçi hər bir mal növü, onun istehsalçısı, faktiki ünvanı, əlaqə vasitələri, hətta müəssisənin istehsal imkanları, tərəfdaşları və s. barədə məlumatları bu sistem vasitəsilə əldə edə biləcəkdir.
İstehsalçılarla məlumatların elektron şəkildə və daha operativ mübadiləsi, istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədilə portalda “elektron kabinet” bölməsinin yaradilmasi istifadəçilərin daha operativ məlumat əldə etməsini təmin edəcəkdir.
Sahibkarlar tərəfindən məlumatların mütəmadi olaraq portalda yerləşdirməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təbliğat-təşviqat tədbirləri həyata keçiriləcək, portal barədə məlumatlar kütləvi informasıya vasitələri ilə işıqlandırılacaqdır.
Portalın yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 400,0 min manat vəsait ayrılacaqdır ki, bu vəsaitin təyinatı üzrə xərclənməsinin təmin edilməsi və Sərəncamdan irəli gələn digər məsələlərin həlli də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunmuşdur.
Sərəncamda bu tədbirlərin həyata keçirilməsində aidiyyatı qurumların vəzifə və səlahiyyətləri də müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin normativ hüquqi aktları iki ay, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları isə üç ay müddətində bu Sərəncama uyğunlaşdırılaraq, tədbirin həyata kecirilməsinə bilavasitə nəzarət edən ölkə Prezidentinə təqdim edilməlidir. Bunların təmin edilməsi Nazirlər Kabinetinə həvalə olunmuşdur.
Bu işlərin müvəffəqiyyətlə həyata keçirilməsində yerli icra hakimiyyəti orqanlarının da böyük rolu olacaqdır.
Belə ki, portal istifadəyə verildikdən sonra yerli icra hakimiyyəti orqanları onların inzibati ərazisində fəaliyyət göstərən mal istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların dörd ay müddətində sahibkarlar tərəfindən portalda yerləşdirilməsini təmin etməlidirlər.
Bu məqsədlə onlar təşviqedici tədbirlər həyata keçirməli və yerləşdirilən məlumatların mütəmadi olaraq yenilənməsinə nəzarət etməlidirlər.
Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin müraciəti əsasında zəruri məlumatları təqdim etməli, Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı müvafiq kömək göstərməlidirlər.
Sərəncam istehsal olunan Azərbaycan mallarının həm yerli sahibkarlar arasında, həm də beynəlxalq səviyyədə təbliği üçün yeni imkanlar yaradacaqdır."
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise