Vüsal Qasımlının məqaləsi Polşa Elmlər Akademiyasının nüfuzlu elmi jurnalında çap olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi məqaləsi Polşa Elmlər Akademiyasının Mineral və Enerji İqtisadiyyatı İnstitutunun “SCOPUS “və “Web of Science” bazalarında indeksləşdirilən (Q2) “Energy Policy” jurnalında çap olunub.
Azərbaycan Respublikasının yaşıl enerjiyə keçid siyasətindən bəhs edən məqalə “Repositioning oil exporters for the Green Energy Transition: the case of Azerbaijan” adlanır. Məqalənin digər həmmüəllifləri iqtisad elmləri doktoru Ramil Hüseyn və iqtisad üzrə fəlsəfə doktoru Arzu Süleymanovdur.
Müəlliflərin apardıqları araşdırma nəticəsində gəldikləri qənaət ondan ibarətdir ki, Azərbaycan gələcəkdə enerji ixracını neft və qazdan yaşıl enerjiyə keçirmək potensialına malikdir və bununla da neftlə zəngin dövlətlər üçün örnək model rolunu oynayacaq. Müəlliflər hesab edirlər ki, ölkəmizin yaşıl enerji layihələrinə sərmayə qoyması həm də onun enerji ixracatçısı statusunu saxlamağa xidmət edəcək. Eyni zamanda, Azərbaycan yaşıl enerji siyasəti ilə Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə verməyə davam edəcək. Müəlliflərin Xərclər Buraxılış modeli vasitəsilə apardığı hesablamalar da yaşıl enerji layihələrinin icrasının ölkə iqtisadiyyatı üçün faydalı olacağını göstərib.
Məqalə ilə tanış olmaq üçün linkə daxil olun:








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib