Vüsal Qasımlı “Türk dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf” mövzusunda elmi məruzə ilə çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda “Türk dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf” mövzusunda məruzə edib.
Elmi seminarın açılışını İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov edib. O, bu mövzuda elmi müzakirələrin aparılmasının türk dövlətlərinin iqtisadiyyatlarının daha sıx inteqrasiyasına töhfə verəcəyini bildirib.
Daha sonra professor Vüsal Qasımlı elmi məruzə ilə çıxış edib. O bildirib ki, türk dövlətləri arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın prioritet istiqamətlərindəndir. V.Qasımlı çıxışı zamanı Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Avropa İttifaqının ərazisindən daha böyük coğrafiyanı əhatə etdiyini vurğulayıb və deyib ki, əgər TDT bir dövlət olsaydı, dünyada top-10-luğa düşərdi. İqtisadçı professorun sözlərinə görə, türk dövlətləri dünya əhalisinin 2,2 faizini, ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ÜDM-in 1,6 faizini təşkil edir. Mövcud potensial isə bu rəqəmlərin gələcəkdə artırılmasına imkan verir. Professor həmçinin, türk dövlətlərinin logistik imkanlarından, eləcə də çoxtərəfli ticarət dövriyyəsinə təsir edən faktorlardan da danışıb və bildirib ki, “Heartland”də yerləşən Türk Dövlətləri Təşkilatı (TDT) şərqlə qərbi birləşdirən Orta dəhlizin əsas drayveridir. V.Qasımlı türk dövlətləri arasında birbaşa xarici investisiya qoyuluşunun və ticarət əlaqələrinin şəbəkə analizinin nəticələrini açıqlayıb. O, eyni zamanda “Qravitasiya modeli”nin nəticələrinə əsaslanaraq qeyd edib ki, türk dövlətlərində paytaxtlararası məsafənin böyük olması ticarət dövriyyəsinə mənfi təsir göstərsə də, ortaq dil, ÜDM, əhali sayı və ümumi sərhədlərin mövcudluğu ticarət dövriyyəsinə müsbət təsir göstərir.
İcraçı direktor türk dövlətləri arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsində “Türk Dünyasına Baxış - 2040” sənədinin xüsusi rolu olduğunu qeyd edib və bildirib ki, sənəddə türk dövlətləri arasında iqtisadi işbirliyi, nəqliyyat, gömrük, enerji, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın yol xəritəsi verilib.
Qeyd edək ki, “Türk dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf” mövzusunda elmi müzakirədə dövlət orqanlarının nümayəndələri, millət vəkilləri, elm və təhsil ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Mühazirənin sonunda Vüsal Qasımlı sualları cavablandırıb və müvafiq müzakirələr keçirilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib