Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Taylandın Banqkok şəhərində Asiya İnkişaf Bankı İnstitutunun təşkilatçılığı ilə keçirilən qlobal beyin mərkəzləri əməkdaşlıq təşəbbüsünün “İqlim və inkişaf arasında gələcək sinergiyalar” adlı beynəlxalq konfransında çıxış edib.
Vüsal Qasımlı qlobal beyin mərkəzlərinin əsas çağırışlar olan deqloballaşma, təbii kataklizmlər, texnoloji inqilab və borc probleminə daha çox diqqət ayırmasının vacibliyini qeyd edib.
O bildirib ki, 2035-ci ilədək iqlimin maliyyələşdirilməsində 1,3 trilyon dollarlıq yeni qlobal hədəf, o cümlədən əvvəlki 100 milyard dollarlıq öhdəliyi üç dəfə artıran 300 milyard dollarlıq əsas hədəf müəyyən edilib. Bakıda keçirilən COP 29-un digər nailiyyəti İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması olub.
Bakıda həm də karbon bazarlarını ehtiva edən 6-cı maddə üzrə illərlə davam edən danışıqlar uğurla yekunlaşıb.
Banqkokda keçirilən “İqlim və inkişaf arasında gələcək sinergiyalar” adlı beynəlxalq konfrans, T20/T7 – G20 və G7 beyin mərkəzlərinin iki il əvvəl başladığı “Qlobal əməkdaşlıq üçün ortaq gündəm” təşəbbüsünün davamı olaraq, bu ilin sentyabrında Nyu-Yorkda Gələcəyin Sammiti çərçivəsində keçiriləcək qlobal beyin mərkəzləri əməkdaşlıq görüşünə hazırlıq məqsədi daşıyıb.
Konfrasda qlobal beyin mərkəzlərinin liderləri, tədqiqatçılar, beynəlxalq maliyyələşmə institutları, hökumət rəsmiləri və xeyriyyə təşkilatlarının rəhbərləri iştirak edib.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Böyük İyirmilik” ölkələrinin beyin mərkəzləri platformasında təkcə Azərbaycanı deyil, həm də Mərkəzi Asiya və Yaxın Şərq regionunu təmsil edən aparıcı qurumlardan biridir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu