Vüsal Qasımlı Estoniyada bir sıra görüşlər keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyaya işgüzar səfər edib. O, səfər çərçivəsində bu ölkənin hökumət və parlament, həmçinin beyin mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib.
Estoniyanın İqtisadiyyat Nazirliyində və İnformasiya Texnologiyaları və Telekommunikasiyalar Assosiasiyasında baş tutmuş görüşlərdə V.Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların idarə olunması modelini təqdim edib. O, həmçinin Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası barədə ətraflı məlumat verib və Komissiyanın elektron platforması olan “azranking.az” ilə bağlı xüsusi təqdimatla çıxış edib.
Estoniya Biznes və İnnovasiya Agentliyində (EBİA) keçirilmiş görüşdə qurumun idarə heyətinin üzvü Sigrid Harjo Agentliyin fəaliyyəti, xüsusilə də “Enterprise Estonia”, “İnvest in Estonia”, “Startup Estonia” və “e-Residency” layihələri barədə məlumat verib. V.Qasımlı da, öz növbəsində, bu istiqamətlər üzrə Azərbaycanın potensialından, İİTKM-də bu sahələrdə görülən işlərdən danışıb, ölkəmizin uğurlu təcrübələrini bölüşüb. “Startup Estonia”nın rəhbəri Eve Peeterson ilə keçirilmiş görüşdə isə startap sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
V.Qasımlı səfər çərçivəsində bu ölkənin tanınmış beyin mərkəzlərinin rəhbər şəxsləri ilə də görüşüb. Estoniya Parlamentinin nəzdində fəaliyyət göstərən Proqnoz Mərkəzinin (Foresight Centre) direktoru Tea Danilov və Praxis Sosial Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Urmo Kübar rəhbərlik etdikləri qurumlar barədə məlumat veriblər. V.Qasımlı da İİTKM-in Azərbaycanda samballı beyin mərkəzlərindən biri kimi qəbul edildiyini, ölkədə aparılan iqtisadi islahatlar prosesinin əsas drayverlərindən olduğunu, xüsusilə də dövlət proqramları və strategiyalarının monitorinq və qiymətləndirilməsində institusional təcrübəyə malik olduğunu bildirib.
V.Qasımlı “e-Estonia” Brifinq Mərkəzində də olub. O, burada proqram idarəçiliyində rəqəmsal həllərin və süni intellektin tətbiqi sahəsində Estoniya təcrübəsi ilə tanış olub, bu istiqamətdə əməkdaşlıq məsələlərini müzakirə edib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf