Vüsal Qasımlı Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində çıxış edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı 9–10 iyun 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” (International Finance & Banking Summit 2026) beynəlxalq tədbirində açılış nitqi ilə çıxış edəcək.
Sammit türk dövlətləri və region ölkələri arasında maliyyə əməkdaşlığının gücləndirilməsi, maliyyə sistemlərinin qlobal iqtisadi proseslərə daha effektiv inteqrasiyası və ortaq maliyyə baxışının formalaşdırılması məqsədilə təşkil olunur. Yüksək səviyyəli beynəlxalq platforma kimi nəzərdə tutulan tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası(CBATS), Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə keçiriləcək.
Professor Vüsal Qasımlı türk dövlətlərinin iqtisadi və maliyyə inteqrasiyasının yeni mərhələsi, regional kapital bazarlarının inkişafı, qarşılıqlı investisiyaların təşviqi və maliyyə sektorunda rəqəmsal transformasiyanın yaratdığı imkanlar barədə fikirlərini bölüşəcək.
Sammitin gündəliyində regional inteqrasiya və beynəlxalq əməkdaşlıq, bankçılıqda rəqəmsal transformasiya, ödəniş və hesablaşma sistemlərinin inkişafı, açıq bankçılıq və API ekosistemləri, süni intellekt əsaslı maliyyə həlləri və avtomatlaşdırma, kibertəhlükəsizlik və fırıldaqçılıqla mübarizə, komplayens və AML/CFT mexanizmləri, alternativ bankçılıq modelləri, o cümlədən islam maliyyəsi, dayanıqlı və yaşıl maliyyə, investisiya imkanları, insan kapitalının inkişafı, bacarıqların artırılması və maliyyə savadlılığı kimi aktual mövzular yer alır.
İki gün davam edəcək sammit 50-dən çox nüfuzlu yerli və beynəlxalq eksperti, 270-dən artıq şirkət və təşkilatı, eləcə də 1500-dən çox iştirakçını bir araya gətirəcək. Proqram çərçivəsində qlobal maliyyə və bankçılıq sektorunun əsas tendensiyalarına, çağırışlarına və inkişaf perspektivlərinə həsr olunmuş 9 panel müzakirəsi keçiriləcək.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu